“Ermənistan ağlını başına toplasın” - Mövlud Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərlə bağlı açıqlama verib.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bildirib:
“Əlbəttə ki, Azərbaycan ordusunu lazımi cavabı verdi və hücumun qarşısını aldı. Buradan görürük ki, Ermənistan işğal etdiyi torpaqlardan diqqəti başqa yerlərə yönləndirmək istəyir. Yeni münaqişə ocaqları yaratmaq istəyir”.
Çavuşoğlu sözlərinə əlavə edib ki, bu günə qədər Ermənistan heç bir həll yoluna yanaşmayıb:
“Ermənistanın etdiyi qəbuledilməzdir. Ermənistan ağlını başına toplasın. Azərbaycan tək deyildir. Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün əlindən gələn hər dəstəyi verəcək. Azərbaycan işğal edilmiş torpaqlar və Qarabağ məsələsindən hansı həll yolunu seçsə, biz də Azərbaycanın yanında olacağıq”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...