Almaniyadan daha 8 Azərbaycan vətəndaşı deportasiya ediləcək

Almaniyadan daha 8 Azərbaycan vətəndaşı deportasiya ediləcək
Siyasət 171

Almaniyada məhkəmə 8 Azərbaycan vətəndaşının ölkədən çıxarılması ilə bağlı qərarı qüvvədə saxlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ötən gün Deggendorf şəhər İdarə Məhkəməsində 2016-cı ildə Almaniyaya gələrək sığınacaq istəyən 5 nəfərdən ibarət ailə və daha 3 azərbaycanlının məhkəmə prosesi keçirilib. Məhkəmə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) 8 Azərbaycan vətəndaşı barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar könüllü ölkəni tərk etməklə bağlı ilkin qərarın icrası mümkün olmadığından, Azərbaycan vətəndaşlarının ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb.

2019-cu ildə Almaniyaya qanunsuz yollarla daxil olan 3 Azərbaycan vətəndaşı eyni zamanda 500 avro cərimə ödəməli olacaq.

Məlumat üçün bildirək ki, bu ilin sonuncu rübünə kimi aralarında azərbaycanlı sığınacaq axtaranların da olduğu 4000-dən çox şəxsin Almaniyadan deportasiya edilməsi gözlənilir.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24042 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər