İlham Əliyev və Mehriban Əliyeva İçərişəhərdə - YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva İçərişəhərdə - YENİLƏNİB
Foto
Siyasət 1031

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

BAKU.WS xəbər verir ki, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.

Dövlət başçısına və birinci xanıma bu qapıların və ona bitişik olan qala divarının bərpası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bu il görülən və gələn il icra olunacaq işlər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "İstedArt" layihəsi barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıblar, Bakı Xan Sarayı Kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Burada “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.

Bildirilib ki, Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, aparılan konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini veriblər.

14:28:03

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

BAKU.WS xəbər verir ki, bərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24042 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər