SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinin önünə və şəhid məzarlarının üzərinə gül dəstələri qoyub.

BAKU.WS
QALEREYA