İlham Əliyev Pakistan prezidentinə başsağlığı verdi

22
may
2020
17:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə məktub ünvanlayıb.
BAKU.WS xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
Əli Əsədov Ukrayna və İrana başsağlığı verib
Azərbaycanın Baş Naziri Əli Əsədov Ukraynanın baş naziri Oleksiy Qonçaruka başsağlığı məktubu göndərib. Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, m...
