Mehriban Əliyeva: “Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstaqram səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.
BAKU.WS xəbər verir ki, paylaşımda aşağıdakılar qeyd olunub:
“Bu gün - 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur.
Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sosial şəbəkələrdə Xocalı soyqırımı ilə bağlı paylaşım edib. BAKU.WS xəbər...