Hərbi xidmətə çağırış saylarının iki dəfə azaldılması təklif olunur

30
mar
2020
11:27
“Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdu. Çağırış iki dəfə olur: yaz və payız çağırışları”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir:
“Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edir. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...