Türk Hava Yolları Naxçıvana uçuşları dayandırdı

27
fev
2020
14:05
Türk Hava Yolları Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin İdarə Heyətinin sədri İlkər Aycı deyib.
O vurğulayıb ki, koronavirusun yayılması təhlükəsinə görə, Cənubi Koreyanın paytaxtı Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumatda isə bildirilib ki, Türk Hava Yollarının hazırda Naxçıvana uçuşları həyata keçirilmir: “Naxçıvan-İstanbul istiqamətində uçuşlar martın 14-dən etibarən olacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib. BAKU.WS AZƏRTAC-a istinadən xəbə...