80 yaşlı qadın var-dövlətini 23 yaş kiçik sevgilisinə verəcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatında qəribə hadisə yaşanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı Karolin Holland bütün var-dövlətini özündən 23 yaş kiçik sevgilisi 57 yaşlı Devid Foute verəcəyini bildirib. Holland Devidə mülklərin satışından əldə etdiyi 600 min dolları verəcək.
Devid Karolinlə onun evində usta kimi işləyərkən tanış olub.
Bir neçə həftə ərzində Karolin Devidə dərin məhəbbət duymağa başlayıb və bütün mal-mülkünü ona verəcəyini deyib.
Yaşlı qadının bu addımı ailəsini qorxudub. Qaranlıq keçmişi olan Devid Karolinlə tanış olmazdan əvvəl narkotik aludəçisi olub. O həmçinin bir neçə dəfə həbs edilib.
Oxşar xəbərlər
Türkiyəli modelin keçmiş sevgilisi yeni sevgilisini dənizə atdı - VİDEO
Türkiyəli model Şevval Şahinin keçmiş sevgilisi ilə yeni sevgilisi arasında gərginlik yaşanıb. BAKU.WS “ntv.com”a istinadən xəbər verir ki, model sevgilisi - iş...