SİZİN REKLAM BURADA!
055 213 76 73


V çağırış Milli Məclisin deputatlarının səlahiyyət müddəti parlamentin yeni tərkibinin ilk iclas günü başa çatacaq.

BAKU.WS-in xəbərinə görə, bu barədə “Report” parlamentdən məlumat əldə edib. Yeni tərkibin ilk iclasında hazırkı deputatlarla yanaşı, deputat köməkçiləri də Milli Məclisdəki işindən ayrılacaqlar.

İlk iclasın fevral ayının sonlarına yaxın, yaxud martın əvvəlində keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

BAKU.WS