SİZİN REKLAM BURADA!
055 213 76 73


Seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi bu gündən başlayır.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə 2020-ci il yanvarın 16-dan fevralın 6-dək verilməlidir.

Qeyd edək ki, dairə seçki komissiyaları tərəfindən seçiciyə müvafiq qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi yanvarın 15-də başa çatır, 16-dan isə məntəqə seçki komissiyaları tərəfindən verilməsi başlanılır.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.

BAKU.WS