Sabahdan seçkiqabağı təşviqat başlayır
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin sabahdan seçkiqabağı təşviqat kampaniyası başlayır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.
2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 20:00-a qədər olan dövrü əhatə edir.
Oxşar xəbərlər
Sabah seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilmə prosesi başa çatır
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən seçiciyə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi...