SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib. 

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Təbrik məktubunda belə deyilir:

"Hörmətli cənab Milanoviç,

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

BAKU.WS