“Qoy güclülər qalib gəlsin” - Bahar Muradova

“Qoy güclülər qalib gəlsin” - Bahar Muradova
Siyasət 830

“Bu günlər Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu”.

BAKU.WS xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

O Feysbukdaki hesabında yazıb ki, YAP-ın erkən parlament seçkilərində iştirak edəcək namizədləri bəllidir:

“YAP İdarə Heyətinin bu gün kecirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin”.

B.Muradova namizədlərin kimlər olması barədə isə məlumat verməyib.

Son xəbərlər