Mehman Hüseynovla bağlı polisə müraciət edildi

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Meyhman Hüseynovun sosial şəbəkələrdə paylaşdığı videogörütüyə münasibət bildirib.
BAKU.WS "APA"ya istinadən xəbər verir ki, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizəd Mehman Hüseynovun təşviqat materiallarının çıxarılması ilə bağlı müraciətinə əsasən dairə seçki komissiyası qərar qəbul edərək aidiyyatı polis orqanına müraciət edib.
Məsələ tam araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər
Bələdiyyə seçkilərini müşahidə etmək üçün 51 737 müşahidəçi qeydə alınıb
Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərini müşahidə etmək üçün 51 min 737 müşahidəçi qeydə alınıb. BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Mər...
