5 namizəd imza vərəqələrini MSK-ya təqdim etməyib
13
mar
2018
19:22
Prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt martın 12-də saat 18.00-da başa çatıb.BAKU.WS-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb.MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, martın 12-i saat 18.00-dək Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyası tərəfindən namizədliyi irəli sürülən Əli Əliyev doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədlərini MSK-ya təqdim edib.Beləliklə, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədlikləri irəli sürülmüş Anar Umudov, Elşən Həsənov, Ramazan Bəkirov və Asif Məmmədov isə doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədlərini MSK-ya təqdim etməyib, bununla da, onların seçki prosesində namizəd kimi iştirak etməyəcəkləri dəqiqləşib.BAKU.WS
Oxşar xəbərlər
Prezidentliyə namizədlərin sayı 7 nəfərə çatıb
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar daha 3 prezidentliyə namizəd qeydə alınıb. Bu barədə qərar bu gün Mərkəzi Seçki Komiss...