75 yaşlı Elton Con daha bir uğura imza atdı - FOTO

75 yaşlı Elton Con daha bir uğura imza atdı - FOTO
Siyasət 83

Əfsanəvi müğənni Elton Con yeni uğura imza atıb.

BAKU.WS xəbər verir ki, sənətçi bu il 75-ci dəfə təşkil edilən "Emmy" mərasimində mükafata layiq görülüb.

Bununla da ifaçı "EGOT" kulubuna üzv olub. Elton bu mükafata "Elton John Live: Farewell From Dodger Stadium" adlı performansına görə layiq görülüb.

Xatırladaq ki "EGOT", "Emmy", "Grammy", "Oscar" ve "Tony" mükafatlarını qazanan şəxslərə verilən statusdur.

Bu statusu qazanan məşhurlar arasında bəstəkar Riçard Rocers aktrisalar Rita Moreno, Odri Hepbörn və müğənni Con Lecend yer alır.

Elton Con karyerası boyunca 6 "Grammy", 2 "Oscar" və bir "Tony" mükafatı qazanıb.

75 yaşlı Elton Con daha bir uğura imza atdı - FOTO

Son xəbərlər