VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunlarında 100-dən çox ölkə təmsil olunurdu, mindən çox idmançı, məşqçi iştirak edirdi”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, İslam Həmrəylik Oyunlarının dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu var:

“Keçən il biz Bakı Prosesinin 10 illiyini qeyd etmişik. Bakı Prosesi mənim təşəbbüsümlə başlanmış prosesdir və bu gün geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT Bakı Prosesini dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilib. Biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək. Beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik.

Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzvdür. Biz bu imkandan istifadə edib Bakı Prosesinə start verdik. Bu gün beynəlxalq aləmdə Bakı Prosesi çox yüksək qiymətləndirilir. Bakı Prosesi, doğrudan da, unikal əməkdaşlıq formatıdır”.
BAKU.WS