Azərbaycan jurnalistləri Ermənistana gedəcək

14
noy
2019
14:56
Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupu gələcək.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev məlumatı təsdiqləyib.Eyni zamanda noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.
Oxşar xəbərlər
Rusiya XİN-dən Qarabağla bağlı bəyanat
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına şərait yaradılması məqsədi ilə hər şeyi edi...
