Bakıda Avropaya viza rejiminin sadələşdirilməsi ilə bağlı VACİB İCLAS

04
noy
2019
14:49
Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası bu həftə keçiriləcək.BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bu barədə mötəbər diplomatik mənbədən bildirilib. Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitənin iclasını keçirib.Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıb.2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Brüsseldə Donald Tusk ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.ONA xəbər verir ki, əvvəlc...
