Samir Nuriyevdən PA-nın rəhbəri kimi ilk AÇIQLAMA

01
noy
2019
16:13
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev ilk açıqlamasını verib.BAKU.WS xəbər verir ki, PA-nın yeni rəhbəri “Facebook” sosial şəbəkəsindəki səhifəsində bunları yazıb:“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev kimdir? - DOSYE
Prezident İlham Əliyev Samir Nuriyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edib.BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin...
