SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev daha bir Xalq artistinə mənzil hədiyyə edib.

BAKU.WS 
xəbər verir ki, Xalq atisti, tarzən Fikrət Verdiyevi Bakı şəhərində mənzillə təmin edib.

Bununla bağlı F.Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb:

“Bu ğün hər zaman sənətə - sənətkara dəyər verərək xalqın sevgisini rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti tarzən Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin etdi. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”.

Qeyd edək ki, 72 yaşlı F.Verdiyevin Gəncə şəhərində “Göygöl” ansamblının və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna rolu olub.



Zülfiyyə Qurbanova
BAKU.WS