Ermənistanla Azərbaycan sərhədində atışma - Erməni əsgər vuruldu

Ermənistanla Azərbaycan sərhədində atışma - Erməni əsgər vuruldu
Siyasət 606
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda atışma baş verib.BAKU.WS news.am-a istinadən xəbər verir ki, Tavuş rayonunun Koti icması yaxınlığında müqaviləli şəkildə hərbi xidmət edən Eqişe Çaxmaxçyan güllə yarası alıb.Hadisə kənd icmasının sədri Feliks Melikyan təsdiqləyib. O bildirib ki, hərbçi çiynindən güllə yarası alıb.Onu öncə Noyemberyan hospitalına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün Mərkəzi Hərbi Hospitala aparıblar. Qeyd edək ki, oktyabrın 3-də saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutulmuşdu. Nə­­ti­cə­də ekskavatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb. Erməni hərbçilərinin mülki əhalimizə qarşı təxribatı ordumuz tərəfindən cavabsız qalmayıb. Ordumuz həmişə olduğu kimi dinc sakinlərimizi hədəf alan erməni hərbçilərinə layiqli cavab verməyə davam edirlər.

Oxşar xəbərlər

Son xəbərlər