71 yaşlı aktyor motosiklet qəzasında öldü - FOTO
Məşhur aktyor Trit Uilyams vəfat edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı aktyor keçirdiyi motosiklet qəzasında dünyasını dəyişib.
Hadisə Amerikanın Vermont ştatının Dorset kəndi yaxınlığında baş verib.
Uilyams yolda motosikletlə sola dönüş etdiyi zaman qarşısına çıxan avtomobil onu əzib. Nəticədə aktyor ağır yaralanıb.
Onu təcili olaraq helikopterlə Nyu-York xəstəxanalarından birinə çatdırıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, Tritin həyatını xilas etmək mümkün olmayıb. O, vəfat edib.
Uilyams "Once upon a Time in America", "Dead Cop" və "Rise from the Depths" kimi məşhur ekran işlərində rol alıb.
Oxşar xəbərlər
Nyu-Yorkdakı “Türk Evi”nin qarşısında mühafizə postu yaradılacaq - FOTO
Nyu-York polisi “Türk Evi”nin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. “Report”un ABŞ bürosu xəbər verir ki, Nyu-York Polis Departamentinin bölgəyə eza...