SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin sonunda təlimlərin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.

BAKU.WS Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, iclasda Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, hesabat dövrü ərzində müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların və ön xətt bölmələrinin döyüş qabiliyyəti artıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə və hərbi-təhsil müəssisələrində, xüsusilə də ön xətt bölmələrində böyük həcmdə quruculuq, o cümlədən təmir-bərpa işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılıb.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov yekun çıxışı edib.

Naziri deyib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər. O, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığının daha da təkmilləşdirildiyini və qərargahların öz vəzifələrini müvəffəqiyyətlə icra etdiyini qeyd edib.

Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarına çatdırıb.
BAKU.WS
QALEREYA