70 yaşlı aktyor qadağan edilmiş əraziyə daxil olub - Sabah məhkəməsidir - FOTO
Böyük Britaniyalı agent Ceyms Bondu canlandıran aktyor Pirs Brosnan məhkəməyə verilib.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, 70 yaşlı məşhur ABŞ-dədəki "Yellowstone" Milli Parkına icazəsiz girməkdə ittiham edilir.
Onun parkın "Mammoth Terraces" adlı qadağan olunmuş bölgəsinə girdiyi bildirilir.
Bulaqların olduğu bölgə olduqca təhlükəlidir. Burada 20 nəfər həyatını itirib.
Aktyorun məhkəməsi sabah "Yellowstone" Ədalət mərkəzində baş tutacaq. Bu əraziyə icazəsiz girənlər həbs edilir. Nadir hallarda isə onlara pul cəriməsi tətbiq edilir.
Xatırladaq ki, Pirs Brosnan 1995-2002-ci illərdə agent Ceyms Bondu obrazını canlandırıb.
Oxşar xəbərlər
Ceyms Vebb teleskopu 2023-cü ildə nələri kəşf etdi - KAİNATDAN FOTOLAR
NASA-nın Ceyms Vebb Kosmik Teleskopu 2023-cü ildə kainatımızla bağlı bir çox suallara cavab tapmaqda nə qədər vacib olduğunu sübut edib. BAKU.WS xarici KİV-ə...