VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu mərhələnin şərtlərinə əsasən müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.

“Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı Qırğızıstan və Monqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
BAKU.WS
QALEREYA