SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın görkəmli maarifçisi və pedaqoqu Aleksey Çernyayevskinin adı və xatirəsi əbədiləşdirilməlidir.

BAKU.WS xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.

Onun sözlərinə görə, millətimizin aydınlığa qovuşması üçün ən böyük fədakarlığı etmiş kişilərdən, türklərdən, müsəlmanlardan, azərbaycanlılardan biri olan və ilk "Vətən dili" dili dərsliyimizi yazmış, millətimizin övladlarını mollaxanadan xilas edərək Qori müəllimlər seminariyasında gələcəkdə müstəqil dövlətimizi quracaq kadrlar olaraq hazırlamış, millətimizin zehni əngəlli xurafatçı çoxluğuna qarşı qəhrəmancasına dirəniş göstərmiş fiziki əngəlli Şamaxı malakanı Aleksey Osipoviç Çernyayevskinin adı və xatirəsini əbədiləşdriməliyik.
“Onun dəfn olunduğu yeri tapıb məzarını bərpa etməliyik, yubileyini keçirməliyik, adına məktəblərdə təqaüd verməliyik, abidəsini qoymalıyıq. Ağrılı odur ki, bu gün müstəqillik dövrümüzdə xurafatçıların sayı da, diplomu da 19-cu əsrdəkindən daha çoxdur, pirlərdə, ziyarətgahlarda, ali məktəblərdə, akademiyada öz mövcudluqlarına davam edirlər və həm də ağrılı odur ki, Qori Müəllimlər Seminariyası səviyyəsində hələ də bir universitet yarada bilməmişik”- F. Mustafa qeyd edib.

Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müracit edib-etməyəcəyinə gəldikdə isə F.Mustafa deyib ki,  bununla bağlı hər hansı rəsmi müraciət etmək niyyəti yoxdur: “Hesab edirəm ki, aidiyyatı qurumlar  səsləndirdiyim fikri nəzərə alacaqlar”.
BAKU.WS