SİZİN REKLAM BURADA!
055 213 76 73



Millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib.

BAKU.WS
xəbər verir ki, o, bu təkliflə parlamentin dünənki iclasında çıxış edib.

Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır:

"Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.

BAKU.WS