SİZİN REKLAM BURADA!
055 213 76 73


Millət vəkilli Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.

BAKU.WS xəbər verir ki, bu barədə deputat özü “Facebook” səhifəsində bildirib.

“Uşaq pulunun biz, ilkin olaraq 6 yaşadək uşaqlara şamil olunmasını nəzərdə tuturuq. Əlbəttə, istərdik ki, bu 18 yaşadək bütün uşaqlara şamil olunsun.

Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı. Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”, - deyə millət vəkili bildirib.
BAKU.WS
VİDEO