SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mənə elə gəlir ki, məni orada saxlamağa daha ciddi səbəblər axtarmaq üçün yaşadığım evə basqın ediblər. Bütün elektron avadanlıqları aparıblar. Kitabları, medalları, oxuduğum kitabları müsadirə etmişdilər".

BAKU.WS xəbər verir ki, bu sözləri Rusiyadan deportasiya edilən jurnalist Fuad Abbasov Bakıda keçirilən mətbuat konfransında deyib.

O, 16 mayda başına gələn hadisədən danışıb:

"Səhər saat 11-də mən yaşadığım binadan düşərkən mülki geyimli 3 nəfər mənə hücum etdi. Banditlər olduğunu düşünərək onlara qarşı müqavimət göstərdim. Bu zaman mənə qarşı fiziki zorakılıq edildi. Çöl çıxıb polis çağırmaq istəyərkən gördüm polislər gəlib. Onlar mənim qollarımı arxadan qandallayaraq mikroavtobusun dam hissəsinə qoyub apardılar.

Polis idarəsində mənə dedilər ki, guya müvəqqəti yaşamaq haqqında qanunu pozmuşam. Mənə sənəd imzalatmağa çalışdılar. Amma mən imzalamadım".

Jurnalist sözlərinə əlavə edib ki, daha sonra onu Ximki Şəhər Məhkəməsinə aparıblar:

"Onlar məhkəmədə katib olmadan, mənim vəkil tutmaq haqqımı qorumadan 15 dəqiqədə qərar çıxardılar. Qərara görə 10 gün ərzində ölkəni tərk etməli idim.

Məhkəmədən məni Karalyov  şəhərindəki əcnəbiləri müvəqqəti saxlama məntəqəsinə aparılar.

4 gün ərzində mənə nə telefondan istifadə haqqı vermədilər, nə də bir məlumat demədilər. Onda başa düşdüm ki, bu iş sifarişlidir".

F.Abbasov sözlərinə əlavə edib ki, 4 gündən sonra səfirliyin 2 əməkdaşı onu gəlib tapdılar:

"Onlar dedilər ki, ən qısa onu oradan çıxarmağa çalışacaqlar. Mən isə bu formada çıxarılmağıma razı olmadım.

Çünki o zaman haqqımdakı ittihamları qəbil etmiş olardım.

Sonra bütün yuxarı instansiya məhkəmələrinə şikayət etdik. Daha sonra ölkəni tərk etməyə razılıq verdim.

6 iyunda məni hava limanından yola salarkən naməlum şəxslər məni yenidən geri qaytardılar və təcridxanaya saldılar. Mən də 7 iyundan etibarən aclıq aksiyası keçirməyə başladım. Yalnız su içirdim".

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA