Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək - Vəkili açıqladı
07
iyn
2019
14:19
Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək.BAKU.WS xəbər verir ki, bu barədə APA-ya jurnalistin vəkili Teyyub Şərifov məlumat verib.Vəkilin sözlərinə görə, artıq F. Abbasovun öz hesabına təyyarəyə bilet alınıb və jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq.Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.Dünən onun ölkədən deportasiya edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsi deportasiya barədə qərarı qüvvədə saxlayıb.Qeyd edək ki, Rusiyadan deportasiya həftədə iki dəfə - ikinci və beşinci günlər icra olunur.
Oxşar xəbərlər
Jurnalist Fuad Abbasovla bağlı yeni xəbər
“Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəh...