SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edib.

BAKU.WS
xəbər verir ki, Baş prokurorun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Rəhbər oğlu Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə Rayon Prokurorluğu, daha sonra Gəncə Şəhər Prokurorluğunun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Baş prokurorun bir müddət əvvəl imzaladığı əmrlə Kənan Zeynalov Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsindən azad edilərək xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.
BAKU.WS