SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonuna yeni prokuror təyin olunub.

BAKU.WS
-in Trend-ə istinadən verdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.

Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayonu Prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilmişdi.

BAKU.WS