SİZİN REKLAM BURADA!
055 213 76 73


Macarıstanın ilk kosmonavtı Bertalan Farkaşla Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində görüş keçirilib. Görüşdə səfirliyin əməkdaşları ilə yanaşı, Budapeştdə təhsil alan tələbələr də iştirak ediblər.

Tədbiri açan səfir Vilayət Quliyev Sovet İttifaqı Qəhrəmanı və Macarıstan Xalq Respublikası Qəhrəmanı F.Bertalanın həyatı barədə məlumat verib və onun 1980-ci ilin may ayın 26-dan iyunun 3-nədək Salyut-36 orbital stansiyasına uçuş mühəndisi kimi yollandığını qeyd edib.

F.Bertalan, öz növbəsində, ona həsr olunmuş sənədli filmi nümayiş etdirərək öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, həmin dövr üçün Macarıstanın “İnterkosmos” proqramında iştirakının böyük bir fürsət olduğunu vurğulayıb. F.Bertalan yeddi gün ərzində astronavtlar Leonid Popov və Valery Ryüminlə birgə orbital kompleksdə yaşadığı təəssüratlarını da bölüşüb. Onun kosmik gəminin qalxma anından başlayaraq Yer kürəsinə enişinə dair xatirələri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

Sonda Bertalan Farkaş tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
BAKU.WS
VİDEO

QALEREYA