SİZİN REKLAM BURADA!
055 213 76 73


20-28 oktyabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərinin Papp Laszlo Sport Arenasında Dünya Güləş Çempionatı keçirilib.


BAKU.WS “palitranews.az”a istinadən xəbər verir ki, bu haqda Azərbaycan-Macarıstan Gənclər Birliyinin idarə heyətinin üzvü Murad Aslanlı məlumat verib.


Güləşçilərimiz çempionatda yunan-Roma, sərbəst və qadınların güləş növlərindən müxtəlif çəkilərdə yarışlara qoşulublar.


Macarıstanda yaşayan həmyerlilərimiz də idmançılarımızı yalnız qoymayıblar.


Azərbaycan Respublikasının Macarıstandakı səfirliyin dəstəyi ilə diaspor fəalları və tələbələr müxtəlif günlərdə yarışları yerində izləyib güləşçilərimizə böyük dəstək göstəriblər.


Arenada himnimiz səslənərkən bu sevinci idmançılarımızla birgə yaşayıblar.


Qeyd etmək yerinə düşər ki, güləş üzrə yığmamız çempionatı medal sıralamasında 5-ci yerdə tamamlayıb.


BAKU.WS