VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadçı ekspert Qubad İbadoğlu Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə sualı ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanı çətin vəziyyətə salıb.

BAKU.WS xəbər verir ki, İbadoğlu bu barədə "Facebook" səhifəsində yazıb:

"Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlıq Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı olan çoxsaylı auditoriyanın fikirlərinin bir anda dəyişməsinə səbəb oldu. 

Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadiyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?. 

"Mən doğulduğum, boya başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbrlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək" sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü, cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox çalışdı, lakin istəyinə nail ola bilmədi, bir sözlə nə qədər çalışdısa yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi".

Zülfiyyə Qurbanova
BAKU.WS