6 və 3 yaşlı iki qardaş avtomobil idarə edərkən qəza törədib - FOTO

6 və 3 yaşlı iki qardaş avtomobil idarə edərkən qəza törədib - FOTO
Siyasət 166

Malayziyanın Lanqkavi adasında 6 və 3 yaşlı iki qardaş oyuncaq maşın almaq üçün valideynlərinin avtomobili ilə evdən çıxıb qəza törədiblər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sükana idarəetməni itirərək maşını işıq dirəyinə çırpan qardaşlar yerli polis tərəfindən yaxalanıb.

6 və 3 yaşlı iki qardaş avtomobil idarə edərkən qəza törədib - FOTO

Hadisə ilə bağlı açıqlama verən Lanqakavi polis rəisi Şariman Aşari bildirib ki, onlara gümüş rəngli “Toyota Vios” avtomobili ilə bağlı sürücünün "sərxoş" ola biləcəyinə dair şikayətlər daxil olub.

O, həmçinin uşaqların anası hamamda, atası isə yatarkən evdən gizlicə çıxıb maşına mindiklərini deyib.

Qeyd edək ki, uşaqlar qəzaya qədər 2.5 kilometr yol qət etməyi bacarıblar. Hadisədən sonra isə azyaşlılar ciddi xəsarət almasalar da, maşının kapotu zədələnib.

Son xəbərlər