SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyə və Rusiya prezidentlərinə müraciət edib.

BAKU.WS
-in məlumatına görə, Nazarbayev bildirib ki, Türkiyə və Rusiya mütləq qısa zaman ərzində bir araya gəlməli və narazılıqları normal dialoqlar çərçivəsində həll etməlidir. Ölkə başçısı vurğulayıb ki, iki dövlət arasındakı problem və baş verə biləcək qarşıdurma region üçün yaxşı nəticə verməyəcək. 

"Rusiya ilə Türkiyə arasında baş verənlər bizi narahat edir. Rusiya bizim qonşumuz və müttəfiqimizdir. Biz Rusiya ilə Avrasiya İqtisadi Birliyinin üzvüyük. Qazaxıstan həm də Türkiyə ilə yaxşı münasibətdədir. İki ölkə arasında baş verən anlaşılmazlıqların həm də bizə mənfi təsiri var. Dünyada tüğyan edən iqtisadi böhrandan çıxmaq üçün iki ölkənin dostluğu mütləqdir. Bu dostluq münasibətləri həm də ətraf ölkələr, o cümlədən Qazaxıstan üçün xeyirli olar”, - deyə Nursultan Nazarbayev bildirib.

Ziya Səccad

BAKU.WS