5-ci mərtəbədən üzərinə 500 litrlik su çəni düşdü - SAĞ QALDI - ANBAAN VİDEO

5-ci mərtəbədən üzərinə 500 litrlik su çəni düşdü - SAĞ QALDI - ANBAAN VİDEO
Video
Siyasət 245

Türkiyədə ağılasığmaz olay yaşanıb.

BAKU.WS xəbər verir ki, Yenişehir bölgəsində İnönü məhəlləsində internet klub işlədən Alparslan Öztürkün üzərinə 500 litrlik su çəni düşüb.

Həmin çən 5-ci mərtbədəndən sökülərək iplə aşağı endirilirmiş. Lakin ustaların ehtiyatsızlığından çən Alparslanən üzərinə düşüb.

Alparslan xoşbəxtlikdən bu hadisədən sadəcə kiçik ağrılarla qurtulub.

Zərəçəkmiş qeyd edib ki, xəstəxanadan qaytıdıqdan sonra təhlükəsizlik kameralarına düşən görüntülərini izləyib:

"Xəstəxanadan çıxdıqdan sonra videoya baxdım. Başıma su çəni düşdü. Ustalar onu söküb iplə aşağı endirirdilər. Həm də heç bir təhlükəsizlik tədbirləri görmədən...

Şansım gətirdi. Bəlkə də indi həyatda deyildim. Hələ də küçədə gəzərkən qorxuram. Həmişə yuxarıya baxıram ki, başıma bir şey düşəcək. Bu işdə laqeydlik göstərənlərdən şikayət etdim. Mənim yerimdə başqa biri ola bilərdi".

BAKU.WS həmin hadisənin videosunu təqdim edir:

Son xəbərlər