45 min dollarlıq qayıq yanaraq yararsız hala düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə, Kocaelinin Körfez rayonunda, yaşayış kompleksinin bağçasında qoşquda olan təxminən 45 min dollar dəyərindəki qayıq yanaraq yararsız hala düşüb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla 11.30 radələrində iş adamı Atakan A.-ya məxsus qayıq yanmağa başlayıb.
Yanğınsöndürmə briqadası səhv park efilən avtomobillər və əlavə tikililər səbəbindən hadisə yerinə çatmaqda çətinlik çəkib.
Bir müddət sonra yanğın bölgəsinə çatan qruplar su və köpüklə müdaxilə edərək yanğını söndürüb.
Təxminən 45 min dollar dəyərində olduğu təsbit edilən qayıq yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qalereya
Oxşar xəbərlər
Serialın çəkiliş meydanında yanğın oldu - FOTO
Türkiyədə "Kudüs Fatihi Selahaddin Eyyubi" serialının çəkiliş meydançasında yanğın olub. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kocaelinin Gebze bölgə...