44 günlük Vətən müharibəsində iki deputat könüllü cəbhəyə getmək istəyib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin iki deputatı 2020-ci il sentyabrın 27-də başlanan və 10 noyabra qədər davam edən Vətən müharibəsində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Tahir Kərimli məlumat verib.
“Bu gün radikal müxalifət və xaricdəki sapı özümüzdən olan baltalar deputatları da təhqir edirlər. Niyə təhqir edirsiniz? Mən bildiyim qədərilə Vətən müharibəsində iki deputat – Siyavuş Novruzov və Novruz Aslan cəbhəyə könüllü yollanmaq üçün müraciət edib. Amma yaş amili nəzərə alınaraq onları cəbhəyə yollamayıblar”, - deyə Tahir Kərimli əlavə edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...