VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Son 15 ildə beynəlxalq siyasətə damğasını vuran lider deyiləndə, ağıla ilk gələnlərdən biri, hətta elə birincisi Rusiya prezidenti Vladimir Putindir. 
 
Putin qısa müddətdə həm öz ölkəsində, həm də dünya miqyasında özünü qəbul etdirməyi bacardı. Bəs Putin kim idi? Bu suala cavab tapmağa çalışacayıq.
 


Vladimir Vladimiroviç Putin 7 Oktyabr 1952-ci ildə Leninqradda (indiki adı Sant-Peterburq) anadan olub. Atası İkinci Dünya müharibəsi veteranı, anası isə fabrikdə işçi idi. Babası Sipiridon Putin, Sovet İnqilabının lideri Vladimir Lenin və həyat yoldaşı Nadyejda Krupskayaya aşbazlıq etmişdi.
 


Putin ibtidai məktəbə getməyə başladığı illərdə yaramaz bir uşaq kimi xatırlanır. O dövrdəki dostları, Putinin tez-tez əlində çubuq siçan ovuna çıxdığını deyir. 12 yaşında idmana maraq salan balaca Putin, sambo və cüdonu öyrənməyə başlayıb. O dövrdə seyr etdiyi filmlərdən təsirlənərək kəşfiyyatla maraqlanmağa başlayıb. Daha sonra alman dili ilə maraqlanan Putin, alman dilini öyrənib.
 

 
1970-ci ildə Leninqrad Dövlət Universitetində hüquq fakultəsinə daxil olub. 1975-ci ildə isə məzun olub. Məzun olduqdan sonra KQB-də təhsil almağa başlayıb. Elə də yaxşı oxuyan tələbə olmasa da KQB-dən verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirmiş. O, Leninqraddakı xarici diplomatları və xarici vətəndaşları, eləcə də Unversitetdə tələbələri təqib edirmiş.
 


1985-1990 illər arasında, Almaniyanın Drezden şəhərində "tərcüməçi" vəzifəsi adı ilə KGB üçün işləyib. Vəzifəsi, Drezdendəki xaricilər arasında, ölkələrinə döndüklərində KQB-yə məlumat verəcək agentlər tapmaqdı. O dövrdəki məlumatlara görə, Drezdendəki KQB agentləri daha çox bürokratik işlərlə məşğul olurdular. 


"Berlin Divarı" nın yıxılmasının ardından ölkəsinə dönmək məcburiyyətində qalan Putin, Leninqrad Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsində agent olaraq işinə davam edib. Vəzifəsi isə tələbə yığıncaqlarını izləməkdi.
 


20 Avqust 1991-ci ildə podpolkovnik rütbəsi olan Putin KQB-dən istefa verib. Bunu Mixail Qorabaçova qarşı etiraz əlaməti olaraq etdiyi deyilir. Həmin dönəmdə aralarında Boris Yeltsin olmaqla bir sıra şəxslər Qorbaçova qarşı etiraza qalxıblar. Onlardan biri olan Putin istefa qərarını açıqlayarkən "Komunizm çıxışı olmayan bir küçədir" deyib. Etirazlara baxmayaraq Qorbaçov yenidən hakimiyyətə dönmüş, ancaq iqtidar Yeltsinin əlinə keçmişdi. 

Bir müddətdən sonra SSR dağıldı, Rusiyanın liderliyi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) yarandı. 
 


Putin bundan sonra universitetdən tanıdığı Leninqrad Bələdiyyə sədri Anatoli Sobçakın yanında Xarici Əlaqələr Komitəsində işə başlayıb. Bələdiyyədə vəzifəsi yüksələn Putin, 1995-ci ildə "Vahid Rusiya" partiyasının əsasını qoyur, sədrliyini də öz üzərinə götürür.
 


1996-ci ildə Sobçak bələdiyyə sədrliyindən çıxarıldıqdan sonra Putinin karyerasında böyük sıçrayış baş verdi. O, Yeltsin tərəfindən Rusiyanın xaricdəki əmlakından məsul qurumun prezident müavini təyin edilərək fəaliyyətini Moskvada davam etdirdi. Bir il sonra isə Kremlin İnzibati İşlər üzrə sədr müavini vəzifəsinə təyin olundu.
 
1997-ci ildə "bazar iqtisadiyyatının yaradılmasında regional resursların strateji planlaşdırılması" mövzusunda elmi işini müdafiə etdi. Bu elmi işi ilə əlaqədar "plaqiat" söz-söhbətləri çıxsa da, təsdiqini tapmadı.

1998-ci ildə Putin, KQB-nin yerini alan Federal Təhlükəsizlik Xidmətində (FSB) başçı təyin edildi. Təxminən bir il sonra, 9 avqust 1999-cu ildə artıq baş nazir postuna keçdi. Bununla Putin? prezident kürsüsünün bir addımlığında idi.
 

 
Yalnız dörd ay sonra, dünyanın 2000-ci ilə girməyə hazırlaşdığı saatlarda, tam olaraq 31 dekabr 1999-cu ildə Yeltsin gözlənilmədən televiziyaya çıxaraq vəzifə müddətinin dolmasına üç ay qalmış istefa verdiyini açıqladı. Konstitusiyaya görə, prezident vəzifəsini baş nazir boynuna götürdü. Mart ayında keçirilən seçkilərdə qalib gələn Putin, prezident küsrsüsünə oturdu.

Putin İqtidara gəldiyində Rusiya iqtisadiyyatı çökmüş, beynəlxalq aləmdəki nüfuzu düşmüş, vətəndaşlar dövlətə nifrət edirdi. Beləliklə, Putin gəlişi ilə Rusiyanı dağılmaqdan, parçalanmaqdan xilas etmiş oldu. İlk öncə iqtisadi sahədə islahatlara başladı, daha sonra isə ordusunu gücləndirdi. Rusiyaya qarşı olan ölkələrə meydan oxumaqdan çəkinmədi. Bununla da Rusiyanı beynəlxalq aləmdə güc strukturu kimi tanıtmış oldu.  

Putinin qeyri-demokrat olması heç də təəcüblü deyil. KQB-nin yetişdiriyi və vəzifəsi kəşfiyyat üçün məlumat yığmaq olan birindən demokrat olmağını gözləmək absurddur. Putin rəhbərliyində olan Rusiyada "idarəli demokratiya" deyilən bir anlayış var. Bu anlayışı vətəndaşlara nə qədər demokratiya lazım olduğuna yalnız dövlət qərar verir deyə tərcümə edə bilərik. Onun yaratmaq istədiyi Rusiyada siyasi müxalifət yalnız ayaq bağıydı, dar bir sahənin xaricinə çıxmasına icazə verilməməsi lazım idi. Putinin ilk işlərindən biri də, işadamlarıyla razılığa gəlmək idi ki, bunu da etdi: siz siyasətə qarışmayın, mən də sizə qarışmayın. Bu anlaşmaya riayət etməyən neft milyarderi Mixail Hodorkovskinin şirkətinə əl qoyuldu, özü isə 10 ilə yaxın müddətdə həbsxanada qaldı. Medianın dövlət nəzarəti altına keçmə prosesi də yenə onun prezidentliyi dövründə başladı.
 


Bütün bunlara baxmayaraq xalq Putini çox sevirdi. Amma konstitusiyada iki dəfədən artıq prezidentlik etmək səlahiyyəti yox idi. Əslində istəsə, tək bir barmaq işarəsiylə konstitusiyada dəyişiklik edib, prezident seçkilərində üçüncü dəfə namizəd ola bilərdi. Buna nə Qərb, nə də rus xalqı qarşı çıxardı. Amma o, bunu etmək yerinə prezidentliyə yaxın dostu Dmitri Medvedevi təklif etdi. Hökumətdə təmsil olunmasına baxmayaraq ictimaiyyətdə bir o qədər də tanınmayan, normal şərtlərdə, yəni Putinin dəstəyi olmadan seçkiyə getsə yüzdə 5 belə səs yığmaq şansı olmayan Medvedev 2008 may ayında keçirilən prezident seçkilərində səslərin 70 faizini alaraq prezident seçildi. Putin isə baş nazir postuna keçdi.

Beləcə Rusiyada dörd il davam edəcək "qəribə" bir dövr başladı. "Qəribə" ona görə ki, çünki ölkənin "bir nömrəli" kreslosunda Medvedev oturur amma əslində gerçək liderin, ipləri əlində tutanın "2 nömrə" da oturan Putin olduğunu hər kəs bilirdi. Kameralara əks olunan ilk rəsmi danışıqları həqiqətən çox gülməli idi. "Dövlət Başçısı" olaraq Medvedev qarşısında oturan "Baş nazir" Putin qarşısında əzilir, büzülür, rəngdən-rəngə girərək təlimat verməyə çalışırdı. Medvedev əslində olduqca mədəni və intellektual bir siyasətçi idi, amma rus cəmiyyətinə uyğun deyildi.
 
Putin isə Medvedevdən fərqli olaraq bütün liderlik xüsusiyyətlərini özündə cəmləyib. O, çıxış edərkən dövlət rəsmiləri onu gözlərini qırpmadan izləyirlər.
 


Rusiya prezidentinin fəaliyyəti təkcə prezdentlik postundan ibarət deyil. O, şəxsi həyatında da bir sıra naliyyətlərə imza atıb, müxtəlif xobilləri var: döyüş təyyarəsini idarə edib, rəqibinin kürəyini yerə vuraraq qara kəmər qazanıb, bundan başqa, idmanın bir neçə növü ilə məşğul olub və olur. O, həm də təbiət düşkünü kimi tanınır. Təbiətə və heyvanlara sevgisi ilə seçilən lider, tez-tez vəhşi təbiətdə gəzintiyə çıxır.
 


Putin 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olublar.) Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Каterina şərq fakültəsində təhsil alıblar.

30 il evli olan Vladimir Putin və Lyudmila Aleksandrovna 2013-cü ilin iyunun 6-da boşandıqları haqda açıqlama veriblər. 
 
Ayşən Ayxan
BAKU.WS