SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezident seçkilərində səsvermədə iştirak edib.

BAKU.WS-in məlumatına görə, R. Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

O jurnalistlərə açıqlamasında deyib ki, seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib.

R. Mehdiyev deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq.

BAKU.WS