40 yaşlı qadın 170 saat sonra dağıntılar altından sağ çıxarıldı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə zəlzələnin təsir etdiyi Qaziantep şəhərində axtarış-xilasetmə işləri zamanı Sibel Kaya adlı qadın 170 saat sonra sağ çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri "ensonhaber" yayıb.
Qeyd olunur ki, 40 yaşlı qadın təcili tibbi yardım vasitəsilə xəstənaya aparılıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...