Siqareti tərgidənlərin ömrü uzanır? - Alimlər açıqladı
Pis vərdişi tərgitməyin hansı vaxt daha təsirli olması ilə bağlı araşdırma aparılıb. Alimlər siqareti tərgitməyin hər yaşda faydalı olması qənaətinə gəliblər.
Bu barədə "NEJM Evidence" elmi jurnalında məqalə dərc olunub.
Həkimlər hesab edir ki, tütündən imtina etdikdən cəmi bir neçə il sonra ömür uzunluğunun təbii artımı baş verir. Yəni, 40 yaşından əvvəl siqareti tərgidən insanlar, az qala, çəkməyənlər qədər yaşayacaqlar.
Əgər insan 10 il siqaretə toxunmursa, o zaman siqaret çəkmədiyi illəri ərzində nikotinin zərəri tamamilə zərərsizləşir. Sağlamlığa təsirin yarısı yalnız bir neçə illik fasilədən sonra baş verir.
Bu araşdırma üçün tədqiqatçılar 15 il ərzində ABŞ, Böyük Britaniya, Kanada və Norveçdən olan 1,5 milyon insanı izləyiblər.
Məlum olub ki, siqaret çəkmək 12-13 il ömrü insanın əlindən alır. Tədqiqatçılar bu qənaətə gəliblər ki, nikotini tərk etdikdən cəmi üç il sonra 6 illik həyat bərpa olunur.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...