SİZİN REKLAM BURADA!
055 213 76 73



Vergilər Nazirliyində İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.

BAKU.WS-in məlumatına görə, bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.

Qeyd edək ki, Ü.Mansurov bundan öncə "Azərpoçt" MMC-nin baş direktoru, daha əvvəl isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Xatırladaq ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

BAKU.WS