SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.

BAKU.WSxəbər verir ki, "Azərpoçt"dakı mənbə "APA-Economics"ə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə "APA-Economics"ə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.

Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

BAKU.WS