VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov parlament seçkilərində səs verib.
 
BAKU.WS "Report"-a istinadla xəbər verir ki, eks-prezident 17 saylı Yasamal üçüncü seçki dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. 

A.Mütəllibov məntəqəyə daxil olduqdan sonra onun barmağına mürəkkəb vurulub. 

Keçmiş prezident səsverdikdən sonra "Report"a açıqlama verib. O bildirib ki, vətəndaş kimi səsvermə hüququmdan istifadə etdiyimə görə məmnundu. A.Mütəllibov bütün vətəndaşları seçkidə fəal iştirak etməyə çağırıb: "Sərbəst şəkildə, azad formada seçimimi etdim. Vətəndaşlara belə seçki şəraitinin yaradılmasından da məmnunam”.

Hansı namizədə səs verdiyinə gəlincə, A.Mütəllibov bunu açıqlamaq istəməyib: "Sərvermə gizli keçirilir. Ona görə də kimə səs verdiyimi açıqlamaq istəmirəm. 
Amma ümumi olaraq deyim ki, ölkədə siyasi sabitlik, sosial-iqtisadi inkişafı var, Azərbaycanın hərbi qüdrəti, beynəlxalq nüfuzu günü-gündən artır. Vətəndaşlar bunların qədrini bilməli və seçkilərdə fəal iştirak etməklə hazırkı siyasətin davam etməsinə öz təhfələrini verməlidirlər”.
 
BAKU.WS