34 yaşlı serial ulduzu ölü tapıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada yayımlanan "Plus belle la vie" serialının 34 yaşlı ulduzu Marvan Berreni ölüm xəbəri ilə hər kəsi şoka salıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ekran işində vəkil Abdel Fedela obrazına həyat verən Berreni asılı olaraq ölü tapılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, bu ilin avqustun əvvələrində Fransanın Macon adlı bölgəsində bir avtomobil 37 yaşlı qadını vuraraq qaçıb.
Qadın qəza zamanı çoxsaylı bədən xəsarətləri alıb.
Daha sonra onu vuran şəxsin aktyor Marvan Berreni olduğu bildirilib.
Həmin qəzadan sonra Berreni yoxa çıxıb. Hadisədən 2 gün sonra 15 kilometr uzaqlıqda aktyora aid avtomobil tapılıb.
Fransa mətbuatında asılı halda tapılan bir meyit aşkarlandığı xəbəri yayılıb.
Prokuror Laetita Francart "Ekspertiza nəticələri meytin Marvan Berreniyə aid olduğunu göstərir" - deyərək açıqlama verib.
Mediada Berreninin qadını vurduğu üçün vicdan əzabı çəkdiyi, bu səbələ də özünü öldürdüyü qeyd edilib. Aktyorun avtomobili ilə vurduğu qadın isə 5 gün reanimasiyada qaldıqdan sonra evinə buraxılıb.
Oxşar xəbərlər
Makronun Fransası - erməni mafiyası və lobbisinin xidmətçisi - ŞƏRH
Fransa dünyanın siyasi məkanında batan, sönən ulduzu xatırladır. Böyük dövlətlərin çöküşü belə olur. Vaxtilə bu ölkə böyük imperiyalardan sayılsa da, XVIII əsri...